Biz “Rijaal parfums” şirkəti olaraq müştərilərimizlə bir neçə formada əməkdaşlıq edirik. Bunlara aşağıdakılar daxildir:
Biz şəhərimizdə fəaliyyət göstərən məşhur idman zalları, gözəllik salonları, bizness və əyləncə mərkəzləri ilə əməkdaşlıq edirik. Şirkətimiz müştərilərimizin istək və zövqünə uyğun stendlər yığır. Bu xidmətimizi öz hesabımıza reallaşdırırıq.Bu formada əməkdaşlıq qarşılıqlı müqavilə əsasında həyata keçirilir və müştərilərimizin satışından onlara komissiya haqqı ödənilir. Əməkdaşlığımız qarşılıqlı razılaşmaya uyğun, səmimi və mədəni abu havada davam edir. Bayramlarda hədiyyələrimiz, bonuslarımız və endirimlərimiz olur.
Şirkətimiz İngiltərənin “CPL Aromas”, Fransanın “Jean Niel”, “Argeville”, İspaniyanın “Iberchem”, Türkiyənin “EPS” və bir sıra başqa dünyanın böyük ətir fabrikləri ilə əmakdaşlıq edərək, onlardan müxtəlif məhsullar alır. Ətirlərimiz anbarlarda xüsusi şəraitdə saxlanılır və vaxt aşırı əməkdaşlıq etdiyimiz şirkətlərin nümayindələri ilə yoxlanılır. Müəyyən etdiyimiz vaxtlarda bu şirkətlərin mütəxəssisləri xaricdən dəvət olunur, bizə və müştərilərimizə treyninglərdə yeni məlumatlar verirlər, fikir mübadiləsi olunur, ətir sahəsində olan yeniliklərdən bizi xəbərdar edirlər, təklif və iradlar nəzərə alınır. Şirkətimiz ətirlərin daxili və xarici bazarda topdan satışın təşkil edir, ətirlərin hazırlanması prosesi barədə müştərilərimizə məlumatlar verir və müştəriləri sertifikatlarla təmin edir. Məhsullarımızı əldə etmək istəyən ölkə xarici müştərilərə logistik xidmət də təklif edirik.
“Rijaal parfums” həmçinin hazır ətirlərin topdan satışını həyata keçirir. Müştərilərimizin istəyinə uyğun olaraq ətirlər və ona uyğun qablar seçilirək hazırlanır.